Məzmuna keç

Səfalan seyrəngahlı beynava ahu

Vikimənbə saytından
Səfalan seyrəngahlı beynava ahu
Müəllif: Aşıq Şenlik
Mənbə: Valeh Hacılar. Qarşılıqlı təsir və bağlar. Çıldırlı Aşıq Şenlik. "Qarapapaqlar" jurnalı, № 5. may, 2007.

 
Səfalan seyrəngahlı beynava ahu,
Sarf qayalar ovgahında durdunmu?
Sərin sular, göy yaylaqlar üstündə
Dövran edib zövqü-səfa sürdünmü?

Qanadsız quş idin insi çöllərdə,
Sənə yetişmədi əsən yellər də,
Vəhşilərlə biyabanı çöllərdə
Kuhu orman hasarına vardınmı?

Fəsli bahar olub bülbül ötəndə,
Səcərlər bar verib budaq atanda,
Əlvan çiçək, mor-bənöyşə bitəndə,
Söylə, nəqşi nəbabatdan dərdinmi?

Ballıca dərədən qaldırdı Göyü,
Arzulayıb gəldin böyük güneyi,
Palıdlıda oldun oyçular payı,
Ərmağan canını şikar verdinmi?

Səfil Şenlik bu lisanı gördü xoş,
Görüm Faxralının biri olsun beş,
Abbas tüləh tərlan, Musa qızılquş,
Əhli-mərfət Kamandarı gördünmü?