Səhər-səhər (Əhməd Cavad)
Naviqasiyaya keçin
Axtarışa keçin
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Səhər-səhər (Əhməd Cavad) Müəllif: Əhməd Cavad |
Şəmkirli Hüseynə bənzətmə Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27. |
Yarın bağçasında güllər açılıb,
Bülbüllər ötüşür, gəl səhər-səhər!
Çarhovuz başında bir telli sənəm
Baxıb güzgülənir, bil səhər-səhər!
Güllərin üstündə parlayan şehdi,
Qəlbimdən keçənlər nə sərin mehdi!
Gözümə görükən qövsü-qüzehdi,
Hicran qubarını sil səhər-səhər!
Çətirli ağaclar sanki ormandı,
Həyat göz qırpımı, ömür bir andı!
Cavad, düşündüm ki, bu nə fərmandı,
Danış səhər-səhər, gül səhər-səhər!