Səhər ki, badədən aldı üzün bu rəngilə tab
Görünüş
Səhər ki, badədən aldı üzün bu rəngilə tab Müəllif: Abbasqulu ağa Bakıxanov |
Səhər ki, badədən aldı üzün bu rəngilə tab,
Şəfəq utandı, günəş ruyi üstə çəkdi niqab,
Məhəbbət əhlinə verdi o zövqi qəmzə ilə,
O yar gözlərinin təsirilə axdı şərab.
Cahanda şöhrət alıbdır ətirdə Çin mişki,
Onun saçı bu sözə qıvrılıb da verdi cavab.
O gülüzar vüsali xəyalə gəldikdə,
Nədənsə gözlərimi bağladı bu yersiz xab,
Tükəndi səbrü qərarım vüsali-eşqində,
Ürək bu intizarə necə səbr edib gətirsin tab?!
Zavallı könlüm onun zülfü içrə bəndə düşüb,
Nə qədər axtarıram tapmıram, olub nayab.
Şikayət etməyirəm eşqdən bir an, Qüdsi,
Üfürdüyücə odu şələlər edər portab.