Səhər zamanıydı əsərkən yellər
Görünüş
Səhər zamanıydı əsərkən yellər Müəllif: Əhməd Cavad |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Səhər zamanıydı əsərkən yellər,
Düşərkən jalələr oyatdı səni.
Çatıldı qaşların, darıldın mənə,
Islatdı jalələr nazik bədəni.
Bütün bir səhəri yalvardım durdum,
Boş qalmış qoynuna çiçək doldurdum.
Gülzanna Quran deyə əl vurdum,
İnanmadın niyə, gülmədin niyə?
And içdim ki, könlüm sənsiz yaşamaz,
Sənsiz, o bir ağlar telli sınıq saz.
Qollarına verdin o dəm bir pərvaz,
Oxşadın sinənə cansız düşəni.
İndi sənsiz xəstə könül sərsəri,
Dolaşmaqda bütün qürbət elləri,
Hey könlümü bir yol güldürən pəri,
Niyə ağlar qoydun illərcə məni?