Səhha ol aşiq canına, kim dost ilə vüsalı var

Vikimənbə saytından
Jump to navigation Jump to search
Səhha ol aşiq canına, kim dost ilə vüsalı var
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

 
Səhha ol aşiq canına, kim dost ilə vüsalı var,
Canı birdür mə’şuq ilə, dəxi nə dürlü halı var.

Canü könül, əqlü fəhm nısar olsun mə’şuqinə,
Pəs aşiqün andan ayru dəxi nə mülkü malı var.

Bu yerü gögü ərşü fərş eşq dadilə qaimdür,
Bünyadı eşqdür, aşiqə hər bir arada əli var.

Aşiqlərim nə kim van, təcrid gərəkdür arada,
Hər nəsnəyə ol hökm edər, hər yol içində yolı var.

Baqi dirlik sevən kişi gərək tuta eşq ətegİn,
Eşqdən aıtuq hər nesnenün degşirilür zəvalı var.

Aşiqlərə işbu surət mesela könlək kibidür,
Yüz bin könlək əskidürse aşiqlərim mühalı var.

Neçələr aydur Yunusa çün qocaldun, eşqi qoğıl,
Ruzigar uğramaz eşqə, eşqün nə ayü yılı var.