Məzmuna keç

Səhifə:Aşıq Ələsgər. (toplayanı Hümbət Əlizadə). Bakı, “Azərnəşr”, 1934. 184 səh.pdf/2

Vikimənbə saytından
Bu səhifə korrektə edilməyib
Bu səhifə korrektə edilməyib
AŞIQ ƏLƏSKƏR HAQQINDA

Azərbaycan kǝndliləri arasında aşıqların böyük bir nüfuzu vardır. Kəndlərdə çox zaman toylarn başlıca zövq vasitələrindən biri aşıqlar olmuşdur. Kəndin qocası-cavanı, arvadı-kişisi, yoxsulu-dövlətlisi aşıqların sazını, sözünü böyük bir maraq və həvəslə dinləmiş, onların qoşmalarını hafizəsində saxlamışlardır. Buna görə aşıqların kəndli kütləsini tərbiyə etməkdə böyük rolları olmuşdur.

Yazı ədǝbiyyatında [yazılı ədəbiyyatda] olduğu kimi, aşıq ədǝbiyyatında da, şübhəsiz, müxtəlif sinfi interesləri [maraqları] tərənnüm edən müxtəlif şəxsiyyətlər meydana çıxmışdır.

Əsərlərini toplayıb nəşr etdiyimiz aşıq Ələskər usta bir aşıqdır. Hər nə qədər aşıq Ələskər Oktyabr və Aprel inqilabından sonra da bir müddət yaşamışsa da, ancaq bu zamanlarda artıq qocalıb işdən düşdüyü üçün inqilab onun yaradıcılığına dönüş yaradacaq qədər təsir etməmişdir. Yalnız 1918-ci il hadisələri nəticəsində köçərilərin dağlara keçə bilməmələrindən mütəəssir olaraq söylǝdiyi «Dağlar» şeirində bu uyğunsuzluğun səbəblərini «xaçpərəst ilə bunt inqilabı» deyǝ adlandırır.

Gözəllər göysündən alırdı abı,
Dǝhanda dadlıdır eşqin şərabı,
Xaçpərəstlə düşdü bunt inqilabı,
Onunçün bağlandı yolların, dağlar…

22–23-cü illərdə bir toy məclisində şəhərdən gəlmiş bir təbliğatçının onun sözlərinə tutduqu irada qarşı həmin məclisdə bədahətən oxuduğu: