Məzmuna keç

Səhifə:Aşıq Ələsgər. (toplayanı Hümbət Əlizadə). Bakı, “Azərnəşr”, 1934. 184 səh.pdf/43

Vikimənbə saytından
Bu səhifə korrektə edilib
CAN DƏRMANI

Dürdanəni səngi siyah içində,
Həsrət gözüm görən kimi tanıdı.
Könül bivəfadır salmaz ki, yada
Göz doymur, gözünün mehribanıdı.

Yanaqların gyldyr, hec olmaz xəndan,
Cismdə mələksən, nəsildə insan.
Qöncə dəhanında mirvarı dəndan
Ənnabı ləblərin can dərmanıdı.

Adım Ələsgərdir, mənəm Göycəli
Ələs aləmində demişəm bəli.
Həm asıqam, həm abdalam, həm dəli
Canım bu gözəlin jol qurbanıdı.

46