Məzmuna keç

Səhni-gülzar içrə ta naz ilə göftar eylədin

Vikimənbə saytından
Səhni-gülzar içrə ta naz ilə göftar eylədin
Müəllif: Məhəmmədağa Cürmi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Səhni-gülzar içrə ta naz ilə göftar eylədin,
Qönçəni şərməndə qıldım, bülbülü xar eylədin.

Laləyə rüxsarını göstərdin, ey şirinləbim,
Məskənin Fərhadtək aləmdə kuhsar eylədin.

Hər kəsə sehr ilə qıldın nərgisi-məsti nigah,
Çöhrəyi-alın təmaşasilə bimar eylədin.

Sünbüli-zülfün dağıtdın, tirə qıldın aləmi,
Sünbülü ol sünbülü -zülfə giriftar eylədin.

Düşdü rövnəqdən, təravətdən çəmən şahidləri,
Taki çini-zülfdən rüxsarın izhar eylədir,

Atəşi-hicranə yandım Cürmiyi-sərgəştətək.
Məhrəmi-bəzmi-vüsahn ta ki, əğyar cylədin.