Səidə xitab

Vikimənbə saytından
Səidə xitab
Müəllif: Mirzə Fətəli Axundzadə


Səida, nuri-çeşmim, bir nəsihət daxı məndən al!
Üluma sərfi-səy et, bulhəvəslik yoluma varma!
Oxu türkü ərəb, fürsu firəng dillərini öyrən,
Tələb et hüsni-inşanı və hüsni-xətti axtarma!
Müqəffavü müsəccə yazmağı bilmərrə tərk eylə,
Kəlamın vazeh olsun, mətləbi təkrar ilə yazma!
Təkəllümdə və vəz ilə sölərsən mətləbi sadə,
Şu vəzi hini-təhrirində daxı yaddan aparma!