Məzmuna keç

Sələbiyyə/Kitabın sonu

Vikimənbə saytından
Qurdun tələyə düşməsi Sələbiyyə Kitabın sonu
Müəllif: Məhəmməd Bağır Xalxali
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Bəhəmdullah, "Kitabi-Sələbiyyə".
Tamam oldu əcəb şirinqəziyyə.

Zəmani-Nasirəddin şahe-Qacar,
Şahənşahi-cahangirü-cahandar.

Mənə yoxdur yolu, şahi edim mədh,
Neçün ki, qorxuram mədhim ola qədh.

Vəlakin şahımız çox yaxşı şahdır,
Xilafət bürcünə rəxşəndə mahdır.

Onun əhdində asudə dolannıq,
Ədalət kölgəsində daldalannıq...

Əvamünnasə yazdım bu kitabi,
Müvəccəh olalar, qıldım xitabi.

Deyib çox məzhəkə, qıldım zərafət,
Onun zimnində bəm yazdım nəsihət.

Neçün ki, xəlqə həcv acı gəlibdür,
Zərafət sözləri şirin olubdur.

Qarışdırdım ikisin, gəldi nalə,
Yetışdi müntəhayı-etidalə.

Bu üzrümdə sora, gər mərdi-bədxah,
Təərrüz eyləyə, əlhökmüllillah,

Xəbər alsa, biri adımı bilfərəz,
Özüm öz adımı qoy eyləyim ərz:

Məhəmməd Bağiri-Xəlxaliyəm mən,
Fünuni-mərifətdən xaliyəm mən.

Bu fərdi-axiri nəzmi-səvabi,
Bəyan eylübdi tarixi-kitabi.