Səlamətliyin qədri
Görünüş
Səlamətliyin qədri Müəllif: Abbasqulu ağa Bakıxanov |
Səbəbsiz həkimi vurdu bir hakim,
Həkimsə eylədi şükrilə təzim.
Soruşdum: «Təşəkkür yersiz olarmı?»
Söylədi: «Bundan çox yaxşılıq varmı?
Ki, bu güc, bu idrak sahibi əlan,
Verə də bilərkən qətlimə fərman.
Vurmaqla göstərdi mənə iltifat,
Deməli o mənə bəxş etdi həyat».
Döz Qüdsi, üz versə nə cürə zillət,
Çünki var ondan da betər əziyyət.