Məzmuna keç

Sənə qurban (qoşma, Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sənə qurban (qoşma, Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Bir arzum var, bir istəyim, diləyim,
O da vüsalındır, yar sənə qurban.
Sənsən ömrüm, sənsən gülüm, diləyim,
Sən də baxma mənə xor, sənə qurban.

Əl atanda turunc narın oynasın,
Havalansın qara gözlər qaynasın.
Gəl sındırma taleyimin aynasın,
Etmə bu ülfətə ar, sənə qurban.

İlk ovumda sən çıxmısan güzara,
Sənsən hər dərdimə eyləyən çara.
Məmmədhüseyn uymaz özgə dildara,
Sənintək qismətim var, sənə qurban.