Sənə zahirdir, əya, heyyü xəbirü dana
Görünüş
Sənə zahirdir, əya, heyyü xəbirü dana Müəllif: Ağa Məsih Şirvani |
Sənə zahirdir, əya, heyyü xəbirü dana,
Olsa hər mazivü müstəəbəlü məxfi peyda,
Qul şəhindən eliyən cürmü yaşurmaq nə rəva,
Əhv qıl, eyləmişəm çox qələtü səhvü xəta!
Tövbə, ya Rəbb, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!