Sənəm (Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Sənəm (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
İşvə-nazın ağlım alır,
De, bu nə cəlaldı, Sənəm.
Şöhrətin, gəzir eli,
Söylə nə kamaldı, Sənəm.
Hüsnünə baxdım məni,
İntizara saldı, Sənəm.
Dodağın incə, zərif,
Ləzzəti baldı, Sənəm.
Baxmaqla doymaq olmaz,
Gözüm səndə qaldı, Sənəm.
Ətirli bağça-bağın,
Xanzadə dövranın var.
Qulluğunda müntəzəm,
Neçə incəbel canın var.
Hatəm kimi xeyirxahsan,
Halal olsun, ad-sanın var.
Kim qıyar desin sənə,
Zərrəcə nöqsanın var.
Həsrətin güc eylədi,
Gül ömrüm soldu, Sənəm.
Bir dəfə üzün gülsə,
Canımı qurban verərəm.
Hər nə desən bu dünyada,
Eylərəm leysan verərəm.
Bilsəm ki gərəyindi,
Baxışı ceyran, verərəm.
Məmmədhüseynəm, qəbul bilsən,
Torpağında can verərəm.
Bəxtim ol, cavanlığım,
İnan sənə quldu, Sənəm.