Sən bir ilan sifətlisən, daim şəkər yeyirsən
Görünüş
Sən bir ilan sifətlisən, daim şəkər yeyirsən Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Sən bir ilan sifətlisən, daim şəkər yeyirsən,
Xaqani bir tuti ikən, yedikləri zəhərdir.
Bax fələyin bəxşişinə, zəmanənin zülmünə,
Kim ki, torpaq yeməlidir, yediyi neyşəkərdir.
Xaqaniyəm, bu dünyada qəlbim elə safdır ki,
Mənə pislik edənə də verirəm xoş mükafat.
Nacinslərin dillərindən zərər çəkdiyim dəmdə -
Allahımdan gözləyirəm mən yaxşılıq, iltifat.
Demirəm ki, ey allahım, sən onlara bəla ver,
Deyirəm: ver mənə düşmən bəlasından sən nicat!