Sən də
Görünüş
Sən də Müəllif: Molla Cuma |
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022. |
Göründün gözümə mələk simalı,
Geyibsən qəddinə ay ağı sən də.
Pirimin verdiyi qədəh misalı,
İçirdin bir qədəh ay ağı sən də.
İki mim, hey ilə a dalı yazdım,
Ayın lam ismilə a dalı yazdım,
Zay etdin ağlımı a dalı yazdım,
Olubsan canıma ay yağı səndə.
Çətin mən də bu sevdaya yanaşım,
Dostluq üçün bir yanına yanaşım,
Pərvanəyəm baxtım ola yanaşım,
Əriyə cismimin a yağı sən də.
Atadan qalmışam bir öksüz yetim,
Ağa, sən rəhm eylə, murada yetim,
Qapında qul oldum, yolunda yetim,
Bas dedim üstümdə ayağı sən də.
Mən ömrümü verməmişəm bil sənə,
Dörd qara gün əskik olmaz bil sənə,
Molla Cuma sığınıbdır bil sənə,
Bu işdə dalda dur ay yağı sən də.