Sən də sən

Vikimənbə saytından
Sən də sən
Müəllif: Əbdülhaq Hamid Tərxan
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Sən mələksənmiş bu gerçəkmi əcəb?
Vay cəhənnəmdən xumc etmiş qəzəb!..
Sen mələksən, men zəbanı istərem,
Bəlkə bir qülyabanı istərəm.
İstəməm ancaq səni men ey mələk,
Razıyam ateşdə yansam həşrətək.
Gəlmə, get ey nurdan əcdər, geri!
Qeyb ol, ey zilli atəşpər, geri!
Dişlərin çıxsın xəyalımdan, yeter,
Beynimi surahi mar etmən yeter.
Şahə qalxıb durma, çıxma göylərə
Gəlme, yəni bizlə məskun bir yerə.
Bulsun əzabım əzabmdan rəha
Könlümə zinhar ilişmə bir daha.
Get, asılma dideyi-ikrahıma
Get, sanlma boylə dudi-ahıma.
Var, sanl şeytanlara, əcdərlərə.
Bərklərə zəncirləra, xəncərlərə.
Axır üçün xəlq olunmuş bir cahan
Mən onun üstündə olmam kamiran.
Mən də bir dünyayi digər istərəm
Əncümü əşyayi digor istərəm.
Göy yetişməz, cayi digər istərəm
Yoxsa bir mevlayi digər istorəm!
Ya ilahi! Göy də sənsən, yer do sən!
Zat da sənsən, həmən digər də sən.
Kainatın həpsi məhzi sənliyin
Əsli sənsən, biz də zahir mənliyin.
Yar da sən, əğyar da sən, mən də sən
Sənliyindir, həpsi sənsən, sən də sən.