Məzmuna keç

Sən gedən gündən günüm qəmdir, kədərdir, ey pəri

Vikimənbə saytından
Sən gedən gündən günüm qəmdir, kədərdir, ey pəri
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 93

Sən gedən gündən günüm qəmdir, kədərdir, ey pəri,
Ayrılıq dərdi ölümdən beş betərdir, ey pəri.

Gün gələrdi, inşəAllah mən yetərdim vəslinə,
Xaki-payindən öpənlər bəxtəvərdir, ey pəri.

Lütf qıl, çək zülfi-pürtabında aram et məni,
Dərdi qüssəm zülfünün sayı qədərdir, ey pəri.

Həsrəti-ləlin ilə hər ləhzə çeşmimdən gələn,
Ləxtə-ləxtə qana çevrilmiş cigərdir, ey pəri.

Sən şəhi-xubanisən, sultanların sultanısan,
Cümlə eşq əhli hüzurunda nökərdir, ey pəri.

Şərbəti-ləlindən ayrı içdiyim bir qətrə mey,
Öylə bildim mey deyil, xalis zəhərdir, ey pəri.

Kim xəbərsizdirsə hüsni-bimisalindən sənin,
Şübhəsiz, ol kəs özündən bixəbərdir, ey pəri.