Sən orda səfa eylə dilculər arasında
Sən orda səfa eylə dilculər arasında Müəllif: Abbasqulu ağa Bakıxanov |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Sən orda səfa eylə dilculər arasında,
Mən qalmışam avarə gürculər arasında.
Dərdü qəmi-hicrandan qürbətdə pərişanəm,
Döndü cigərim qanə qeyğulər arasında.
Tərsabeçələr bihəd, mən necə dutum aram,
Can qəsdin edən zalım, cadulər arasında.
Hər canibə əzm etsəm əzbəs ki, gözəl çoxdur,
Tutisifetəm heyran güzguler arasında.
Bir yanə əgər baxsam, qəm çəkmək olur bica,
Bunlar kimi məhtələt xoşxulər arasında.
Yüz işvəvü mehr ilə aşiqlərə meyl etmək,
Bu şəhrdə adətdir məhrulər arasında.
Əbr içrə günəş manənd pərtöv salır afaqə
Rüxsarəsi her şuxün geysulər arasında [...]
Cuşi-xəti-müşkindən bənzər ləbi-canbəxşi,
Bir mədəni-yaqutə hindulər arasında.
Tərsa gözü kəşf eylər hər ləhzə kəramətlər,
Mehrabdə zahid tək əbrulər arasında.
Bunlan görüb, Qüdsi, her kimsə ki, aqildir,
Etməz özünü riisva bədgulər arasında.