Məzmuna keç

Sən qılmadığın dərdimə dərmanı unutma

Vikimənbə saytından
Sən qılmadığın dərdimə dərmanı unutma
Müəllif: Mehri Xatun
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Sən qılmadığın dərdimə dərmanı unutma
Bən həsrət ilə verdiyim ol cam unutma.
Lütfunlə imarət qılacaq müddəi könlüm
Cevrinlə yıxılmış dili viram unutma.
Qıldıqca həmayil qolunu boynuna əğyar,
Zülfün kimi bən gönlü pəriºam unutma.
Bir kərrə qədəm basmağa cana, yüzün üzrə,
Əhd etmiş idin, gəl bəri, peymanı unutma.
Min il ki, fələk cevr edə aşiq, sana, cana,
Gətirməyə bir Mehri kimi am unutma.