Sən yüksəklik və alicənablığın səması, dünya nöqtəsinin mühitisən
Görünüş
Sən yüksəklik və alicənablığın səması, dünya nöqtəsinin mühitisən Müəllif: Fələki Şirvani |
Sən yüksəklik və alicənablığın səması, dünya nöqtəsinin mühitisən,
Sən gözəl xülq və səxavət dünyası, bəşər ailəsinin çırağısan.
Sən beşinci iqlimin padişahı, yeddi səyyarənin fövqündə səkkizinci yeganə bir ulduzsan,
Sən böyüklükdə ikinci Cəmşid, əzəmətdə padişahlar padişahısan.
Sən Zühəl dərəcəli, qəza əlli, qədər müradlı və fələk kinəlisən.
Sən şimal təbiətli, sübh qədər parlaq, Məsiha təsirli və mələk nəfəslisən.
Sən Arəş kimi rəyi bəyənilmiş, Bəhmən kimi səxavətlisən,
Sən Rüstəm kimi cahangir, Neyrəm kimi hünərlisən.
Günəş üzlü Mənuçöhr səmanın günəşidir,
O, qaranlıq aləmin üzündən zülm tüstüsünü sildi.