Sən yadıma düşürsən

Vikimənbə saytından
Sən yadıma düşürsən (2014)
Müəllif: Araz Yaquboğlu
Mənbə: Araz Yaquboğludan dörd şeir (az). karabakhmedia.az (01 avqust 2016). Orijinal mənbədən 2016-08-02 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-02.


Bir sevişən görəndə,
Bir öpüşən görəndə.
Bir küsüşən görəndə,
Sən yadıma düşürsən.

Sən yadıma düşəndə,
Öz dünyamdan qoparır.
Xəyal məni aparır,
On il əvvələ gülüm,
O xoş illərə gülüm.
Əllərimin əlinə
Dəydiyi o ilk günü.
Xatirəmdən çıxmayan,
O “ərk” günü tək günü,
Xatırlayıb ağlaram.
Ah necə də gözəlmiş,
Ötüb keçən o günlər.