Məzmuna keç

Sən yetiş dada

Vikimənbə saytından
Sən yetiş dada
Müəllif: Dollu Mustafa
Mənbə: Əli Şamilov. “Oğuz Eli” qəzeti (Naxçıvan), 25 iyun 1992, sayı 17, səh. 5

Özü birdir, adı minbir, ilahi!
Bir nəzər dərdimə sən eylə əta.
Aləmi xalq edən, haqq pərvərdigar,
Kəminə kətmərəm, sən yetiş dada.

Nida gəldi Musa sənnən danışdı,
Qıya baxdı Tur od tutdu alışdı.
Əmr eylədi Firon dəryaya düşdü
Firona dəryada dəydi bir qada.

Rəsula vəhy oldu, xətm oldu Quran,
Əyyubun dərdinə sən etdin dərman
Sənnən danışardı Museyi-İmran,
Lütfündən Musaya gəldi bir nida.
 
Fəqir Mustafa Məhəmməd dinində,
Şeş-hezar, bist cahar on dörd minində.
Hal necə olar ol qiyamət günündə,
Ümidim ismimdi, pənahım xuda.