Səndən ötrü

Vikimənbə saytından
Jump to navigation Jump to search
Səndən ötrü
Müəllif: Qövsi Təbrizi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Ömürlər xuni-dil içdim,
Gülüzanm, səndən ötrü.
Axın dağlara düşdüm
Laləzanm, səndən ötrü.

Sinomi oxlar dəlibdir,
Qanlı peykanlar qalıbdır,
Cammı qəmlər alıbdır,
Qəmküsanm, səndən ötrü.

Aşiq olan keçər eldən,
Başü candan, xanümenden,
Damənin tək getdi əldən
İxtiyanm, səndən ötrü.

Gözlərim qan ilən doldu,
Bilmənəm könlümə noldu,
Kakilin tək qarə oldu
Ruziganm, səndən ötrü.

Qövsi ilə həmdəm oldum,
Həmdəmi-dərdi-qem oldum,
Xarü zari-aləm oldum
Nazh yanm, səndən ötrü.