Məzmuna keç

Səni, ey şux, könül yad eləməkçün can atır

Vikimənbə saytından
Səni, ey şux, könül yad eləməkçün can atır
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 92

Səni, ey şux, könül yad eləməkçün can atır,
Başərəf ismini övrad eləməkçün can atır.

Mənə bir busə kərəm qılsa, qiyamətmi qopar?
Elə zalim məni naşad eləməkçün can atır.

Çırpınır sinədə dil dərd ilə, fəryadə gəlir,
Elə bil aləmi bərbad eləməkçün can atır.

Tutmayır təndə qərar ruhi-rəvanım, necə ki,
Quş qəfəsdən özün azad eləməkçün can atır.

Tutmayır təndə qərar ruhi-rəvanım, necə ki,
Quş qəfəsdən özün azad eləməkçün can atır.

Elə mötad eləmiş naləyə, fəryadə, könül,
Ruzi-şəb naleyi-fəryad eləməkçün can atır.