Səni (Aşıq Əsəd)
Görünüş
Səni Müəllif: Aşıq Əsəd |
Mənbə: Aşıq Əsəd Rzayev. Sazın-sözün Koroğlusu. Bakı, "Zərdabi LTD" MMC, 2010. |
Yerin alt qatına çox da əl atma,
Götürübən yerə vurarlar səni.
Laf edib deməynən dünyada mənəm,
İynətək nəzildib sorarlar səni.
Aç gözünü tanı mar qabaqdadı,
Yağdırar başına qar qabaqdadı,
Adı dildə olan car qabaqdadı,
Pələnglə döyüşmə, cırarlar səni.
Əsəd də dünyada qəmə dalarmı?
Naşı olsa dəryalara dalarmı?
Beş uşaq atası eşqə dalarmı?
Axta erkəklərtək burarlar səni.