Məzmuna keç

Səni (Koroğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Səni (Koroğlu)
Müəllif: Koroğlu
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Salam verdim, salam almaz,
Görüm kessin salam səni.
Pulsuz, axçasız aşığam
Pulum yoxdur alam səni.

Güllü bağlarda gəzərsən,
Cahıllar bağnn əzərsən,
Yuxa kağıza bənzersən,
Tutmaz qələm yazam səni.

Xəzinəm yox ağzm açam,
Dövlətim yox, tökem, saçam,
Əlac budu alam, qaçam,
Çənlibelə salam səni.

Hansı dağlann qansan?
Hansı bağlann bansan?
Nigar, Koroğlu yansan,
Bilsin küllü aləm seni.