Səni bir də sevmək üçün təzədən cavan olaydım

Vikimənbə saytından
Səni bir də sevmək üçün təzədən cavan olaydım
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 75

Səni bir də sevmək üçün təzədən cavan olaydım,
Qara tüstüdən çıxaydım, dönüb ağ duman olaydım.

Cana can verəydin, ey can, canımız gələydi canə,
Canı canan istəyəndə çan içində can olaydım.

Məni saldın abi-rudən, el içində xar qıldın,
Sənə sirr açanda, ey gül, dili-ağzı qan olaydım.

Gül üzün gözəlliyindən bir ömür şəfa tapaydım,
Əbədi bahar içində güli-cavidan olaydım.

Qara donlu kölgələrtək sürünəydim hey dalınca,
Fəqət iz buraxmayaydım, elə binişan olaydım.

Analıq ümidi ölmüş qadına ümid doğaydım,
İtirəndə on gümanın ona son güman olaydım.

Ana qəlbi dağlayınca qara haylı sübhülərtək,
Gecə pərdəsin çəkəydim üzümə nihan olaydım.