Səni yüz yaşa, görüm, dövləti-dünyada, balam
Görünüş
Səni yüz yaşa, görüm, dövləti-dünyada, balam Müəllif: Hacı Əliş ağa |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Səni yüz yaşa, görüm, dövləti-dünyada, balam!
Maşallah, səni o xəlq edən icada, balam!
Əhsən, əhsən, yenə əhsən, o gözəl qamətinə,
Fətəbarək bu boyu nəqş edən ustada, balam!
Madərin huriyü qılman, pədərin ərşdə mələk,
Əsli-nəslindi sənin göydə mələkzadə, balam!
Qıl həzər, gəzmə belə ay kimi roşən-roşən,
Qorxuram, Gün tutula ərşi-səmavada, balam!
Görə kafər səni ol qaməti-rənada, gözəl,
Büt deyib səcdə qılar gündə kəlisada, balam!
Hacı bəy səcdə qılar, gündə edər razi-niyaz,
Dil əmanətkar olub sübhi-məsihada, balam!