Səninçün
Görünüş
Səninçün Müəllif: Mikayıl Müşfiq |
O gün ki hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac alıb, bac verən könlüm
İndi uşaq kimi ağlar səninçün.
Gül gülü çağırır, çiçək çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən neçin yıxırsan bu şux ürəyi?
Qəlbimin çeşməsi çağlar səninçün.