Sənin (Zeynəb Zərbəli qızı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Sənin Müəllif: Zeynəb Zərbəli qızı |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Dünya, sənə gələn olmaz,
Çalxalanar ümman dolmaz,
Dərd azarı qanan olmaz,
Ahu-zardı sözün sənin.
Pis əhvalda sorma məni,
Bu məkanda arama məni,
Yaman çağa salma məni,
Qan ağlayar gözün sənin.
Zeynəb köçər, özü qalmaz,
Nitqi batar, sözü qalmaz,
Torpaq üstə izi qalmaz,
Nə dönükmüş üzün sənin.