Sənin eşqindir, ey dilbər, mana həm mürşidü həm pir
Görünüş
Sənin eşqindir, ey dilbər, mana həm mürşidü həm pir Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.208. |
Sənin eşqindir, ey dilbər, mana həm mürşidü həm pir,
Qəfil mən eşqinə düşdüm, nədir çarə, nədir tədbir?
Yatırkən dün gecə gördüm siyah zülfünü boynumda,
Oyandım dedim, ey dilbər, nədir bu rəmzimə tə’bir?
Divanə oldu dəli könül, saçın zəncirinə bağla,
Mənim könlüm dəlisinə sənin zülfün teli zəncir.
Vücudum padişahisən, könül verdim, səni sevdim,
Sənə könül verən aşiq qaçan can eyləyə təqsir?
Nəsimi, namusü arı əgər aşiq isən tərk et,
Aşiqlər boynuna biçmiş məlamət donunu təqdir.