Sənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yox
Görünüş
Sənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yox Müəllif: Əbülqasim Nəbati |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Sənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yox!
Səndən özgə neyləsin, bir qəmküsan yoxdu, yox!
Dərdi-hicran çarəsi hərçənd bildim səbr imiş,
Neyləyim, billah, bu deryanın kenan yoxdu, yox!
Leyli! Leyli! - söyleyib çoxlar deyir kim, aşiqəm,
Leyk Mecnun tək onun bir dağdan yoxdu, yox!
Her xəzanm bir bahan onsuz olmaz, olmasm,
Bu çöl olmuş gülistanın, bir bahan yoxdu, yox!
Gülləri, bülbülləri, abü havası çox gözəl,
Heyfkimi, bu gülşənin birgülüzan yoxdu, yox!
Hiç eybin yox, gözəllik hamı səndə cəmdir,
Neyləyim amma ki, əhdin etiban yoxdu, yox!
Sən nə bəslərsən bu tərlam, Nəbati, ruzü şəb?
Mən bu dağı çox dolandım, bir şikan yoxdu yox!