Məzmuna keç

Sənsiz Rauf-Yusif kimə lazımki!? Gözlərim

Vikimənbə saytından
Sənsiz Rauf-Yusif kimə lazımki!? Gözlərim (1994)
Müəllif: RAUF CAVAD

Səni can heç sevməmək olarmı ki, gövhərim,
Xəyalımda sevgin yandırır məni, nəzərim.

Od tutub yanır ürək Hicran həsrətinə,
Gözləməkdən gözlər tutulub, qəmli, xəbərim.

Heç nəzər etməzsənmi bu biçarə vəliyə,
Olub dərdindən bu əvarə dəli, dilbərim.

Düşüb qərib xəstə halinə əldən-ayaqdan,
Qəlb qübar tutub gözləməkdən yari, qədərim.

Bir bax nəzər et sevgilim, nə olar gör məni,
Nə halə düşüb bu dəli-həsrəti, şəkərim.

Gəlib keçmir Zaman ahü zar eləyir dövran,
Güllər şikəstə, edir bülbül ahi, gül pərim.

Bəzənib düşmən güllər qanınə, sancı verir,
Kimsəsiz görüb od vurur aləmi, kədərim.

Ümid körpə uşaq tək hər gün yıxılır-qalxmır,
Tutub qucaqlayasan gərək qəlbi, günlərim.

Çərxi fələk donüb tərsinə dövran eləyir,
Gözlərdən itib aləmin gözəli, səhərim.

Tez yetiş dadimə Rauf! dünyada qəribəm,
Sənsiz Rauf-Yusif kimə lazımki!? Gözlərim!