Sərçə və qırğı

Vikimənbə saytından
Sərçə və qırğı
Müəllif: Abbas Səhhət

Sərçəni bir qırğı edərkən şikar,
Bir tələyə oldu qəzadan düçar.
Cütçü görüb tutdu onu ol zaman,
Qırğı gəlib naləyə etdi fəğan,
Söylədi: “Rəhm eylə, məni qıl xilas,
İcz ilə səndən edirəm iltimas.
İstər idim ovlamağa sərçəni,
Sən niyə nahaq yerə tutdun məni?
Verməmiєəm mən ki, xəsarət sənə
Sən də dəxi vermə əziyyət mənə”.
Cütçü baba böylə deyib qeyznak,
Eylədi ol qırğını ol dəm həlak.
Xalq ilə hər kəs necə rəftar edər,
Haqq onu ol dərdə giriftar edər.
Yaxşılığa jaxşı cəzalar alar,
Pisliyə həm dürlü əzalar alar.
Səy elə əxlaqını qıl xübtər,
Xülqi-həsən sahibi ol, ey pəsər.