Sərvi-qəddin, sənəma, ərşi-müəllaya dəyər

Vikimənbə saytından
Sərvi-qəddin, sənəma, ərşi-müəllaya dəyər
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 11

Sərvi-qəddin, sənəma, ərşi-müəllaya dəyər,
Qara zülfün, xəti xalın iki dünyaya dəyər.

Gəzər ümmid ilə könlüm quşu bir Leylanı,
Gah o səhraya dəyər, gah bu səhraya dəyər.

Bir yol, ey huri, səri-kuyinə bassam qədəmim,
Bu səfa qədridə min cənnəti-məvayə dəyər,

Nədi Şirin, nədi Leyla, o gözəllər şahının,
Atılan dırnağı yüz Şirinə, Leylaya dəyər.

Ey Vüqar, surətə cahil kişilər meyl edər,
Məncə, versin gərək arif kişi mənaya dəyər.