Səslə Vicdanı! Şah damarda, güman gizlənir

Vikimənbə saytından
Səslə Vicdanı! Şah damarda, güman gizlənir (1994)
Müəllif: RAUF CAVAD


 
Yalan arxa dayaq axtarır, şeytan gizlənir!?
Eybi çoxdur, saxta kimliklə nadan gizlənir!?
 
Girir min dona pis eybəcər, saxtakar yalan,
Qorxur, gülür, baxır qırağdan, ilan gizlənir!

Saxta gülüşlərlə fırladır, gör neçə qurban,
Tora düşür axmaq, pis nəfsdə yalan gizlənir!

Hakim kəsilmir pis istəyinə, Qorxaq nadan,
Zülm edir qorxudan, Qorxaq, doğrudan gizlənir!

Oğrunun işi ağ-yalan, sözü də gop-yalan,
İçində Şeytan, surəti insan, qan gizlənir!

İnanma qorxağa, ümidin qırılar, inan,
Umma zalımdan aman, zülmü yaman gizlənir!

Şahiddir Zaman, edilən zülmlərə vay olsun,
Sanm görən göz yox, İntiqam hər an gizlənir!

Haqqı danan namərdlərə, Ədalət ar olsun,
Sevgi gələr zülm bitər, gözdən aman gizlənir!

Zənn etmə Ədalət gecikir, gərək vaxt dolsun,
Nizam-intizam qurmağa qalx! Zaman gizlənir!

Bəşər bəsləyir Ümid?! Onda Rauf ol! İnsan!
Səslə Vicdanı! Şah damarda, güman gizlənir!