Səttar
Görünüş
Səttar Müəllif: Yakov Polonski Tərcümə edən: Vilayət Rüstəmzadə |
Mənbə: "Qafqaz" qəzeti, Tiflis, 1850-ci il. (orijinalı) |
Səttar! Səttar! Nə yaman qəhərlidir ah-vayın.
O boğuq fəryadında göy kinər, bulud ağlar
Kamanın iniltisi, qavalın qəm harayı
Sinəmə dağlar çəkər, qəlbimdə yuva bağlar.
Oxuduğum sözləri anlaya bilməyirəm -
Başqa ruhda köklənib əzəldən könül sazım.
Səninsə öz komandan hey ucalıb avazını.
Gecədir... Tiflis susur, mən səni dinləyirəm -
Sanki şərqli qardaşım xəstə qəlbimi didir,
Sənin dilinlə məni danlayır, tənbeh edir...
Bilirəm nə deyirsən, nə danışır ilhamın,
Bəlkə qana qan deyə coşursan, çağlayırsan.
Bəlkə mədh eləyirsən qılıncını İslamın -
Önündə zaman-zaman qullar əsən zamanlar...
Sözsüz mənə aydın bu ahlar, bu amanlar!