Səxavətsiz dövlət nəyə gərəkdir
Görünüş
Səxavətsiz dövlət nəyə gərəkdir Müəllif: Usta Abdulla |
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010. |
Səxavətsiz dövlət nəyə gərəkdir,
Əgər yığsan bu dünyanın sanınca.
Mərifət lazımdır bir insan üçün,
Hökmü olsa Dağıstanın xanınca.
Qəlbimdə gəzirəm Şeyxi-Sənanı,
Belə qərar verib kərəmin kanı.
Qanmazın yanında qananın canı,
Üzüləcək, o da mətləb qanınca.
Abdullayam, dostla ara dəyibdi,
Çünki olub bəxti qara, dəyibdi.
Sinəmə hesabsız yara dəyibdi,
Qərar tutsa bir zənburun sanınca.