Səyyah oldum bu aləmi gəzərəm

Vikimənbə saytından
Səyyah oldum bu aləmi gəzərəm
Müəllif: Qul Hümmət
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Seyyah oldum bu aləmi gezərəm
Bir dost bulamadım gün axşam oldu.
Kəndi əfkanmca oxur yazaram
Bir dost bulamadım, gün axşam oldu.

İki əlim getməz oldu üzümdən
Ah etdikcə yaşlar gəlir gözümdən.
Qüsummu gördüm kəndi özümdən
Bir dost bulamadım, gün axşam oldu.

Pozuq bu dünyanın təməli, pozuq
Tükəndi dənələr qalmadı azıq.
Yazıqdır, bu keçən ömrə yazıq
Bir dost bulamadım, gün axşam oldu.

Qul Hümmet istədim ümmana dalam
Gedənlər gəlmədi bir xəbər alam.
Abdal oldum, şal geyindim bir zaman
Bir dost bulamadım, gün axşam oldu.