Məzmuna keç

Saçın əndişəsi təhriki-zənciri-cünunumdur

Vikimənbə saytından
Saçın əndişəsi təhriki-zənciri-cünunumdur
Müəllif: Məhəmməd Füzuli


Saçın əndişəsi təhriki-zənciri-cünunumdur.
Cünunum dəfinə zikri-ləbi-ləlin füsunumdur.

Diyari-dərd sərgərdaniyəm, hər kim məni istər,
Dəlili-rah qətrə-qətrə əşki-laləgunumdur.

Fələkdə bərqi-ahimdən sərasər yandı kövkəblər,
Qalan odlarda yanmış kövkəbi-bəxti-zəbunumdur.

Gələn navəklərin bir-bir yaxıb, qoymaz bulam zövqin
Məni hirman oduna yandıran suzi-dərunumdur.

Səri-kuyində könlüm bərqi-ahın sanma bihuda,
Qaranqu gecə əzmi-kuyin etsəm, rəhnümunumdur.

Ləbi-Şirinlərin şövqilə Fərhadi mənəm əsrin,
Yanımda cəm olan sangi-məlamət Bisütunumdur.

Füzuli, xali olmaq cami-eyşim safi-səhbadən,
Nişani-bəxti-nafərcamü iqbali-nigunumdur.