Sabah olursa
Sabah olursa Müəllif: Tofiq Fikrət |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bu məmləkətdə bir gün sabah olursa, Xaluq,
Əgər bu məmləkətin sislənən bu nasiyeyi
Müqəddəratlı qəvi bir əlin qəvi, mühyi
Bir ehtizazi-təmasıyla silkinib bu donuq,
Bu paslı çöhrayi-millət bir az gülərsə... — o gün
Mən ölməmiş belə olsam, həyata pək ölgün
Bir irtibatım olur şübhəsiz. O gün məndən
Ümidi kəs, məni götrüm və boş mühitimdə
Məraratımla unut.
Çünki ləngi-pəjmürdə
Nəzərlərim səni maziyə çəkmək istər. Sən
Bütün hüvüyyetü üzviyyətinlə atisen:
Təıənnüm eyləyir əlan qulaqlanmda səsin!
Əvət, sabah olacaqdır, sabah olur, gecələr
Tülui həşrə qədər sürməz. Aqibət bu səma,
Bu mavi göy sizə bir gün açılır. Məlul olma,
Həyatə nəşə günəşdir. Məlal içində bəşər
Çürür bizim kimi... Siz, ey fəzayi fərdamn
Kiçik günəşləri, artıq birər-birər oyanın!
Üfüqlərin əbədi iştiyaqı var nura.
Tənewür... əsrimizin işdə ruhi amalı.
Silin buludlan, silkin zilali əhvalı,
Ziya içində qoşun bir xilasi məşkurə.
Ümidimiz bu: ölürsək də biz, yaşar mütleq
Vətən sizinlə, bu zindan qaranlığından uzaq.