Məzmuna keç

Sabir haqqında

Vikimənbə saytından
Sabir haqqında (1911)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


"Molla Nәsrәddin"in 15-ci vә "Kaspi" ruznamәsinin 90-cı nömrәlәrindә milli şairimiz Mirzә Әlәkbәr Sabirin ağır halda xәstәliyi vә maddi cәhәtincә ziyadә ehtiyacda olmaqlığı yazılmışdı.
 
Bu xәbәr bizi xeyli pәrişan edib, dәrin fikrә saldı. Sabir әsrimizin әn müqtәdir vә xoştәb şairlәrindәn birisidir. Onun sabiqdә bәzi müstәar adlar ilә imzalanmış abdar, xoşmәzmun vә mövzun kәlamları "Molla Nәsrәddin"in sәhifәlәrindә dәrc olunub, oxucuları bir yandan güldürüb, bir yandan ağladırdı. Onun yazdığı şerlәrin çoxu açıq vә sadә ana dilindә olub, mәnşәtimizin eynini göstәrdiyinә görә әzbәr öyrәnilirdi.
 
1907-ci sәnәdә "Molla Nәsrәddin"in 10-cu nömrәsindә Sabirin dәrc olunmuş tәrci-bәndi ki, bu sayaq başlanır:
 
Amalımız, әfkarımız ifnayi-vәtәndir,
Kinü qәrәzü hirs bizә ziynәtn-tәndir;
Әfal yox, ancaq işimiz lafi-dәhәndir,
Dünyada әsarәtlә bütün kam alırız biz!
Qafqazlılarız, yol kәsiriz, nam alırız biz!--
 
-- dillәrdә mәdh ilә zikr olunurdu vә mәclislәrdә әzbәrdәn oxunurdu. Sabirin tәbindә bir o qәdәr zәriflik vә dilindә elә bir lәtafәt var ki, güldürә-güldürә ağladır vә ağlada-ağlada güldürür. Bizi dәrin fikrә salan bizim bu qәdәr bihümmәt, biqeyrәt olmağımızdır, qәdir bilmәmәyimiz vә әmәk itirmәyimizdir. Hacı Seyid Әzimin dәstpәrvәrdәsi olan Sabir kimi xoştәb şairimiz, әhli-qәlәmimiz ehtiyac vә zillәtdә xәstә olub yatır. Amma biz onun yoxsulluğundan vә ağır halda naxoşluğundan bixәbәr vә qafil oturmuşuq. Onun varlığı ilә yoxluğu halımıza xәlәl yetirmir, keyfimizi pozmur; bizi bu qәdәr geri salan sәbәblәrdәn birisi dә bu qәflәt vә bu qәdrnaşünaslıq deyilmi? İndi yenә dә ürafa vә әhli-qәlәmimizә ricu edib, xәstә şairimizә maddi kömәk etmәyi tәmәnna edirik vә kömәk nә qәdәr tez olsa, bir o qәdәr yaxşı vә faydalıdır.