Sakini-vadeyi-vəhdətdi Hüseyn ibn Əli

Vikimənbə saytından
Sakini-vadeyi-vəhdətdi Hüseyn ibn Əli
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 14.

Sakini-vadeyi-vəhdətdi Hüseyn ibn Əli,
Məktəbi-Həqqi-ədalətdi Hüseyn ibn Əli.

Qurtuluş vasitəsi, gəşteyi-dəryayi-nicat,
Həmi misbahi-hidayətdi, Hüseyn ibn Əli.

Pərdeyi-zülməti çak eylədi nuri-ədli,
Belə xurşidi-səadətdi Hüseyn ibn Əli.

Xaliqi-pak tərəfdən bütün aşiqlərinə,
Mənbeyi-feyzi-kəramətdi Hüseyn ibn Əli.

Onun eşqiylə nəva etmədədir bülbüli-dil,
Güli-gülzari-imamətdi Hüseyn ibn Əli.

Neyveyi-qəlbi-Rəsul, nuri-do-çeşmi-Zəhra,
Şərəfi-şahi-vilayətdi Hüseyn ibn Əli.

Zairi-qəbri-Hüseyn zairi-Həqdir, ey dil,
Kəbeyi-əhli-həqiqətdi Hüseyn ibn Əli.

Kərbəla faciəsi tarixə qanla yazılıb,
Cümlə eşq əhlinə ibrətdi Hüseyn ibn Əli.

İbrət alsın cahan heyhat-minəz-zillətdən,
Hadiyi-rahi-şərafətdi Hüseyn ibn Əli.

Ey Vüqar, zikr elə hər ləhzə o şahın ismin,
Şafeyi-ruzi-qiyamətdi Hüseyn ibn Əli.