Salıb məni qəmi-eşqin bir elə halə, balam
Görünüş
Salıb məni qəmi-eşqin bir elə halə, balam Müəllif: Məşədi Əbdül Şahin |
Mənbə: Ənvər Çingizoğlu. Məşədi Murad uşağı. "Soy" dərgisi, 10(18) 2008. |
Salıb məni qəmi-eşqin bir özgə halə, balam,
Göz ilə görməyəsən, gəlməzəm xəyalə, balam!
Şikayəti-şəbi-hicranı birbəbir edərəm,
Yetişsə bir də əlim daməni-vüsalə, balam!
Qaşın şəbahəti tiği-Əliyyi-İmrandır,
Üzün Məhəmmədə bənzər, xalın Bilalə, balam!
Siyahpuş olub gizlənibdi zülfündə,
Yəqin kəmində yatıb arizində xalə, balam!
Tamami-xəlq edər Kəbeyi-xudayə sücud,
Əgibdi qibleyi-qaşın məni şimalə, balam!
Yenə xummar gözün ox çəkib kəman tutmuş,
Yəqin veribdir ona ləblərin piyalə, balam!
Olur günah edən mərd davərə Rəhzən,
Sənə məhaldır üsyan gələ xəyalə, balam!