Saldı könlü şikəstə, dərdin şüarım

Vikimənbə saytından
Saldı könlü şikəstə, dərdin şüarım (1994)
Müəllif: RAUF CAVAD

Hər sözün mübarək, ey sevgili yarım,
Yeganə xoş ümidim, dövləti- varım.

Sən eyləmisən həqiqəti aşikar,
Eşqin olub rüsvay, gülüzlü Nigarım.

Doğular aləmdə insan iki kərə,
Həm özü həm də sözü fikri qərarım.

Bir nəzərin eylədi bu qəlbi viran,
Saldı könlü şikəstə, dərdin şüarım!

Din oldu qarət, qalmadı ədəb-ərkan,
Sürgün edildi ədalət, can dindarım.

Nəfsi izzət, incə bəzək, niyyət mələk,
Etdi özün eşqə fəda, Əliyarım.

Aldılar pak ruhu bədəndən rəzillər,
Tökdülər qanı, doğrandı yarım-yarım.

Rauf, bəşər ki, əzəldən vəfasızdır,
Olma namərdə ümid, ey Şəhriyarım!