Saldın
Görünüş
Saldın Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Qulun ollam binalı yar,
Məni gözdən nədən saldın?
Dərdə dərman bilməz idin,
Məni gözdən nədən saldın?
Bağında gül bəyaz olmaz,
Olsa da yar rəngi solmaz,
Hərçayıiın andı olmaz,
Məni gözdən nədən saldın?
Ağ üzündə xaldan ötrü,
Ləbindəki baldan ötrü,
Bu puç olan maldan ötrü,
Məni gözdən nədən saldın?
Məhəmməd der: dərdim çoxdu,
Sinəmə vurduğun oxdu,
Səndən qeyri yarım yoxdu,
Məni gözdən nədən saldın?