Salmısan məni oyuna, könlüm olub qəmxanə

Vikimənbə saytından
Salmısan məni oyuna, könlüm olub qəmxanə (1997)
Müəllif: RAUF CAVAD

Ey Cana, baxışın eylər qəlb şəhərin viranə,
Nazını süzərsən, qalar gözlər dəli-divanə.

Bu nə işvə bu nə naz Zöhrə, gəl eyləmə böylə,
Salmısan məni oyuna, könlüm olub qəmxanə!

Dararsan qara zülfün tökülər oyan-buyanə,
Telin naz eyləyər süzülə-süzülə, bu canə.

Qaşin kamandır, vurarsan kiprikdən oxu qəlbə,
Atəşin dönüb-dolanar sinəmdə yanə-yanə.

Surətin bənzər qızılgülə, gözəl xoş Xəyalə,
Vurulmuşam o qarə xalə, yanıram Hicranə.

Yanağların al-qırmızı, boyanıb qanə lalə,
Dodaqlar qıp-qırmızı, görsənir əcəb Şəhanə.

Ətrin müşk-ənbər, rəngin ağ, sinə yaralı qarə,
Kim ağlar halinə, dolanar başinə Pərvanə.

Rauf çox sevər güli-Nərgizi edər ah-nalə,
Yazılıb quranə, Sahib ol vicdanə Heyranə!