Samovar (Şair Ağacan)
Samovar Müəllif: Şair Ağacan |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. ISBN 978-9952-571-42-4 |
Sənsən mənim bu dünyada,
Dövlətim-malım,samovar!
Səhər tezdən qaynamasan,
Yamandı halım, samovar!
Yanında hazır olaydı,
Kərəylə balın,samovar!
Baxdım açılan səhərə,
Xəyalım uçdu göylərə.
Nəlbəkidə qaldı kərə,
Durum gedim dükənlərə,
Şirniyyat alım,samovar!
Tanrıdan dövlət istəməm,
Bircə ağ otağım ola!
Hər gecə bir bölük atlı,
Gəlhagəl qonağım ola!
Hatəmsayaq sü&ə açam,
Pozulmaz yığnağım ola!
Öyəclər çəkilə şişə,
Qonaqlar düşə təşvişə.
Yarla öpüşə-öpüşə.
Bəlkə, onda eşqə düşə,
Qaynaya zalım samovar!
Sənin çayın içməyəndə,
Aşıqların səsi batır.
İçində dambatı olan.
Sazını tez yerə atır.
Şairlərdə qayda budur,
Sözünü qiymətli satır.
Mənim adım Ağacandır,
Sözlərim dürr-mərcandır.
Sinəm bir dərya ümmandır,
Gecə-gündüz dərsin verib,
O böyük alim,samovar!