Sanman bizi kim şireyi ənqur ilə məstiz

Vikimənbə saytından
Jump to navigation Jump to search
Sanman bizi kim şireyi ənqur ilə məstiz
Müəllif: Ruhi Bağdadi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Sanman bizi kim şireyi ənqur ilə məstiz
Biz əhli xərabatdanız, mesti eləstiz.

Tər damən olanlar bizi alude sanır, leyk
Biz maili busə ləbi cami kefi dəstiz.

Sədrin gözədib neyləyalim bəzmi cahanın,
Payi-humi-meydir yerimiz, bade perəstiz.

Mail deyilik kimsənin azanna amma,
Xatir-şikəni zahidi peymanə şikəstiz.

Ərbabi qərəz bizdən iraq olduğu yeydir,
Düşməz yerə zira oxumuz, sahibi şəstiz.

Bu aləmi fanidə nə muri nə gədayiz
Alalara alalanuruz, pəst ilə pəstiz.

Həmkaseyi ərbabi diliz, ərbədəmiz yox
Meyxanədəyiz, gərçi vəli eşq ilə məstiz.

Biz məsti-meyi-meykədeyi aləmi-camz
Sərxalqayi cəmiyyəti peymane kəşamz.